Media nümayəndələri ADNSU-da imtahanların gedişini izləyiblər

13:57 7 Yanvar 2016
47 Sosial
Ölkə mətbuatı
A- A+

Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.
ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə imtahahlar yazılı formada keçirilir: "Test imtahanları olanda tələbələr suallara əvvəlcədən hazırlaşır, cavabları əzbərləyirlər. Test imtahanı tələbələrdə passivlik yaradır. Ona görə yazılı imtahanı yenidən bərpa etdik və imtahan suallarını nisbətən sadələşdirdik. İmtahanların son nəticəsinə görə, 95 faiz müsbət nəticə göstərib, bu yaxşı nəticədir. Bizim universitetdə təhsil prosesi tamamilə şəffaf və təmizdir".
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) rəisi, dosent Osman Mirzəyev jurnalistlərə bildirib ki, imtahan prosesi şəffaflığın qorunması şərtilə gərgin iş şəraitində keçir: "ADNA-da Geoloji kəşfiyyat, Qaz-neft mədən, Kimya texnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması, İqtisadiyyat, iqtisadi münasibətlər və menecment fakültələri var. ADNA-da imtahanlar kameralarla təhciz edilmiş auditoriyalarda qarışıq qrup şəklində keçirilir. İmtahanı qrupların sayı qədər nəzarətçilər müşahidə edirlər. Nəzarətçilər imtahanda iştirak edən fakültə qruplarının müəlimləri deyil, başqa fakültələrin nümayəndələrindən ibarət olur. İmtahana 2 saat vaxt ayrılır və biletlər 5 sualdan ibarət olur. Yazılar anonim şəkildə götürülüb kodlaşdırılır. İmtahanların gedişi ilə bağlı qurulan bu sistem şəffaflığın qorunmasına yüksək təminat verir. İmtahanlar İmtahan Mərkəzindən idarə olunur".
Universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şəraiti yaradılıb. Hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak edə bilər.
Qeyd edək ki, ADNSU-da qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/media-numayendeleri-adnsu-da-imtahanlarin-gedisini-izleyibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR