Kanadanın "Monreal İmpakt" klubunun hücumçusu Didye Droqba futbolçu karyerasını başa vurduğu iddialarına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o, özünün "tvitter" hesabı vasitəsi ilə bu xəbərləri təkzib edib:
"Hələ futbolçu karyeramı başa vurmamışam. Gələcəyimlə bağlı "Monreal İmpakt"lə danışıqlar aparıram".
Qeyd edək ki, D.Droqbanın "Çelsi"nin baş məşqçisi Qus Hiddinkin köməkçisi olacağı gözlənilir.
Fanat.az