Avropa birjaları günə enişlə başlayıb

Avropa birjaları günə enişlə başlayıb
14:08 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Çinin fond bazarının kəskin enişindən sonra (7 faiz) Avropa birjaları da günə geriləmə ilə başlayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, investorlar yuanın devalvasiyasını Avropanın ən iri ticarət tərəfdaşı olan Çin iqtisadiyyatının ehtimal edildiyindən daha zəif olduğunun təsdiqi hesab edirlər.
Almaniyanın “Dax” indeksi birdən-birə 3 faiz aşağı düşüb. London fond birjası da enişlə açılıb – burada açılışdan sonra təxminən 2 faizə qədər eniş qeydə alınıb. Paris fond birjasında da 3 faizlik eniş müşahidə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_birjalari_gune_enisle_baslayib-916660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR