Səfirlik əməkdaşları Azərbaycan dilini öyrənirlər

Səfirlik əməkdaşları Azərbaycan dilini öyrənirlər
14:17 7 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi ixtisasartırma və dil kurslarında Azərbaycan dilini öyrənirlər. 

Milli.Az bildirir ki, bu barədə Report-a mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, kurslar ingilis, alman, fransız, ispan, italyan, rus, türk, fars, ərəb dillərini əhatə edir: "Qeyri-rezidentlər üçün Azərbaycan dili kurslarına maraq göstərənlər sırasında xarici ölkə səfirliklərinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici şirkət rəhbərləri, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi şəxslər də var. Azərbaycan dili kurslarına maraq göstərən qeyri-rezidentlər sırasında Rusiya səfirliyinin əməkdaşları üstünlük təşkil edirlər. Rusiya vətəndaşları və səfirliyinin əməkdaşlarının marağı nəzərə alınaraq onlar üçün iki ayrı qrup təşkil edilib".

Qeyd edək ki, dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin səviyyəsindən asılı olaraq 2-6-12 aydır. Məşğələlər dərs müddəti 15 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin inzibati binasında keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR