Müdafiə naziri Əfqanıstandakı Azərbaycan sülhməramlılarının iki zabitini mükafatlandırıb

Müdafiə naziri Əfqanıstandakı Azərbaycan sülhməramlılarının iki zabitini mükafatlandırıb
14:22 7 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabit müdafiə naziri general-polkovnik Zakir Həsəsnovun əmrinə əsasən mükafatlandırılıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Məlumata görə, tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı xəsarət alan insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.
İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi Azərbaycan zabitlərinin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlər ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Azərbaycanlı hərbi qulluqçular çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.



Xəbərin orijinal ünvanı: http://report.az/herbi/mudafie-naziri-efqanistandaki-azerbaycan-sulhmeramlilarinin-iki-zabitini-mukafatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR