"Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri" Beynəxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü olub

14:37 7 Yanvar 2016
25 Sosial
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Xərçəng Xəstəlikləri Assosiasiyası 1979-cu ildən Xərçəngin Tədqiqinə dair Beynəlxalq Agentliklə rəsmi tərəfdaşlıqda fəaliyyət göstərən və Ümumdünya Səhiyyə Təşkilatı ilə rəsmi münasibətlərdə olan təşkilatdır. Assosiasiyanın baş qərargahı Fransanın Lion şəhərində yerləşir.
Qeyd edək ki, "Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri (OnkoRegistr)" keçən ilin iyunun 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində ÜST-nin CanReg5 proqramından istifadə etməklə təsis edilib. Ölkənin bütün tibb müəssisələrində qeydiyyatda olan, müayinə və müalicə olunan onkoloji xəstələrə dair məlumatlar OnkoRegistrdə qeydiyyata alınır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR