Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutulub

Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutulub
14:48 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 107 cinayət faktı qeydə alınıb. Onların da 28-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_gun_Cinayet_Mecellesinin_muxtelif_maddeleri_ile_axtarilan_9_nefer_tutulub-916669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR