Təhsil Nazirliyi: "Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar" - VİDEO

Təhsil Nazirliyi: "Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar" - VİDEO
15:05 7 Yanvar 2016
398 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlər əmək haqlarına artımlarını yanvarın sonunda əldə edə biləcəklər.

Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əmək haqları yanvar ayından artırılmayacaq.

İ.Nağıyev əlavə edib ki, müəllimlərin maaşlarını artımı diaqnostik qiymətləndirmədən keçən 25431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

İ.Nağıyev qeyd edib ki, TN əmək haqları artırılacaq müəllimlərin təsdiqlənmiş adlı siyahısını bu günlərdə yerli rayon, təhsil şöbələrinə göndərməyi planlaşdırır: "Yanvar ayının sonunda həmin müəllimlərin əmək haqlarının dərs yükünə uyğun olaraq, artırılması planlaşdırılır".

Nazirlik rəsmisinin sözlərinə görə, artımın məbləği konkret olaraq, müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali, yoxsa orta ixtisas təhsilli olmasından, fəxri adının olub-olmamasından, sinif rəhbəri olub-olmamasından və digər bir necə meyardan asılı olacaq: "Bunlardan asılı olaraq, əmək haqları 30-40 faiz artırılacaq. Əmək haqları daha çox, yəni 40 faiz artırılan pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar. 10-cu ixtisas dərəcəsi üzrə işləyən, ali məktəbi yeni bitirən, stajı olmayan müəllim köhnə sistemlə 1 stavka, yəni 12 saat dərs deyəndə onun əmək haqqı 160 manata yaxın olurdu. Amma yeni meyarla hesablandıqda ali məktəbi yeni bitirən məzunun dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Yeni sistemlə onun əmək haqqı 18 saata görə 310 manat olacaq. Amma müəllim 18 saat deyil, 6 saat da, yaxud 24 saat də dərs deyə bilər. 24 saat dərs dedikdə müəllim artıq 310 manat deyil, daha yüksək əmək haqqı alacaq".

İ.Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimin nəticəsi onun əmək haqqında birbaşa rol oynamasa da, dolayısı ilə rol oynayır: "Çünki yüksək nəticə göstərən müəllimin dərs yükü az nəticə göstərəndən çox olur. Yəni, nəticə etibarilə həmin müəllimin əldə etdiyi məbləğ daha yüksək olur. Digər tərəfdən, əmək haqqı artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil olunsa da, qiymətləndirmənin əsas məqsədlərindən biri əmək haqlarının artırılması deyil. Əsas məqsəd müəllimin bilik və bacarığını öyrənmək, ixtisasartırma kurslarının artıq ünvanlı olaraq təşkil edilməsidir. Biz nazirlik olaraq, müəllimlərin differensial əmək haqqı sisteminə keçidi planlaşdırırıq. Bu sistemə keçid zamanı müəllimin yalnız indiki kimi dərs yükü, stajı, təhsili deyil, artıq onun bilik və bacarıqlarının da nəzərə alınması planlaşdırılır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

23 Sentyabr 2017 14:22

Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...

23 Sentyabr 2017 14:19

Bakıda şirkətdən külli miqdarda pul oğurlandı

23 Sentyabr 2017 14:18

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

23 Sentyabr 2017 14:17

Azərbaycan XİN başçısı ATƏT-in baş katibi ilə görüşüb

23 Sentyabr 2017 14:17

"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda - YENİLƏNİR

23 Sentyabr 2017 14:17

"Bərzani bu böyük xətadan geri dönməlidir" - Ərdoğanın baş müşaviri

23 Sentyabr 2017 14:14

"Gürzə" yeməyinin hazırlanması

23 Sentyabr 2017 14:10

Tənbəl insanlar üçün ƏLA "KƏŞF"LƏR - FOTO

23 Sentyabr 2017 14:03

Bakıda metronun qarşısında ölüm...

23 Sentyabr 2017 14:03

Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?

23 Sentyabr 2017 13:58

Avtobusda 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:51

Müharibəyə doğru - Baş nazirdən növbəti SƏRT XƏBƏRDARLIQ

23 Sentyabr 2017 13:48

4:1 Qurban Qurbanova nə verdi? - 25+225...

23 Sentyabr 2017 13:47

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 13:46

“Moody's Böyük Britaniyanın reytinqini endirib

23 Sentyabr 2017 13:42

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48