Maskalı şəxlər turistlərə atəş açdılar

Maskalı şəxlər turistlərə atəş açdılar
15:17 7 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Üzü maskalı silahlı şəxslər Misirin paytaxtı Qahirədə turistlərə atəş açıb.

Report TASS-a istinadən xəbər verir ki, hadisə məşhur Giza piramidalarının yaxınlığındakı "Piramidalar" hotelinin yaxınlığında baş verib.

Tur avtobusu hotelə çatarkən və sərnişinlər avtobusdan düşməyə başlayarkən motosikletdə olan naməlum şəxslər onlara yaxınlaşaraq atəş açıb.

İlkin məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.
Atəş zamanı hotelin foyesinin pəncərə şüşələri qırılıb, yaxınlıqda park etmiş bir neçə avtomobilə xəsarət yetirilib. 

Olayla bağlı artıq bir şübhəli şəxs həbs olunub. Onun kimliyi də müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR