İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyinə hücumda təqsirləndirir

İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyinə hücumda təqsirləndirir
15:18 7 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını yanvarın 7-də İranın Yəməndəki səfirliyinə hücumda təqsirləndirir.

Trend-in IRINN dövlət telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən Sənadakı səfirliyin binası ətrafına hava zərbələri endirilən zaman səfirliyin bir neçə mühafizəçisi yaralanıb.

Səfirliyin binası zərər görüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR