Mətanət “Qızıl Məryəm”in qətli ilə bağlı açıqlama verdi

Mətanət “Qızıl Məryəm”in qətli ilə bağlı açıqlama verdi
15:19 7 Yanvar 2016
1313 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Mətanət Əsədova daimi müştərisi olduğu “Qızıl Məryəm”in qətli ilə bağlı açıqlama verib.


Lent.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, Məryəm Namidzadənin öz qızı və qohumları tərəfindən öldürüldüyünü eşidən müğənni danışıb. M.Əsədova bildirib ki, Məryəmin qızını elə anası vasitəsilə tanıyıb: “Mən onların məclislərində iştirak etmişəm, mal da almışam. Amma evlərinin içinə bələd deyildim, anası ilə münasibətlərinin necə olmasını bimirdim. Rəhmətlik Məryəmin ölüm xəbərini eşidib getdim. Evlərinə buraxmırdılar. Dedilər yas xalasıgildə verilir. Mən də onun xalası gilə getdim. Günel də oradaydı. İndi də eşidirəm ki, elə öz bacısının övladları və qızı öldürübmüş. Anam öləndə mən də az qala onunla ölmüşdüm. Övladı anasının canına qıydığı bir zaman gəlib çatmışıq. Dəhşətlidir”. 

Qeyd edək ki, yanvarın 5-də Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Namidzadə yaşadığı mənzildə 43 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun ölümündə isə qızı Günel Hüseynova və qohumları ittiham olunur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR