Milli domen zonasında 7 gündə 76 domen qeydiyyata alınıb

Milli domen zonasında 7 gündə 76 domen qeydiyyata alınıb
15:26 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni ildə 76 domen qeydiyyata düşüb.
 
“ICTnews” Elektron Xəbər Xidmətinin “whois.az” internet resursuna istinadən verdiyi məlumata görə, bununla da indiyədək qeydiyyata alınan domenlərin sayı  24454-ə çatıb.
 
Bu domenlərin  22736-sı  birinci səviyyəli “.az” domen zonasının payına düşür.
 
Qeydiyyata alınan ikinci səviyyəli domenlər arasında isə “.com.az”  (1028) , “.edu.az” (246)   və “.org.az” (118) üstünlük təşkil edir.
 
CAHANGİR
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40609-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR