Liviyada törədilən partlayış nəticəsində 50-dən çox hərbçi həlak olub

Liviyada törədilən partlayış nəticəsində 50-dən çox hərbçi həlak olub
15:28 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Liviya təhlükəsizlik qüvvələrinin təlim düşərgəsində baş verən terror aktı nəticəsində 50-dən çox hərbçi həlak olub, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, insident ölkənin şimalında, paytaxt Tripolidən 160 kilometr aralıda yerləşən Zliten şəhərində baş verib.
Hərbi bazasının ərazisinə daxil olan yük maşını orada yüzlərlə gənc əsgərin toplandığı anda partladılıb. Xəsarət alanlar arasında mülki şəxslərin də olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Liviyada_toredilen_partlayis_neticesinde_50_den_chox_herbchi_helak_olub-916687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR