Nazirlik jurnalistləri universitetə aparıb

Nazirlik jurnalistləri universitetə aparıb
15:39 7 Yanvar 2016
136 Sosial
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, mediaturda 20-dən çox KİV nümayəndəsi iştirak edib.

 

Mediatur zamanı mətbuat təmsilçilərinə universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülməsi, imtahanlarda şəffaflığın qorunması üçün valideynlərin iştirakına əlverişli şərait yaradılması ilə bağlı məlumat verilib.

Bildirək ki, hər bir tələbənin valideyninin şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak etmək hüququ ilə bağlı universitetdə xüsusi elanlar da yazılıb.

 

İmtahan Mərkəzindən başlayan tanışlıq zamanı media nümayəndələrinə bildirilib ki, universitetdə imtahanlara hazırlıq işlərinə ötən ilin dekabr ayının əvvəllərindən start verilib. Qeyd olunub ki, qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb.

İmtahan Mərkəzində 7 fakültənin və SABAH qruplarının imtahan verəcəyi auditoriyaların, eləcə də imtahana nəzarət edəcək müəllimlərin siyahısı müəyyənləşdirilib. Mərkəzdə hər bir fakültənin adı, qrupun, tələbənin imtahan verəcəyi fənn və otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrup tələbələrinin sayına görə bilet və möhürlənmiş boş cavab vərəqləri yerləşdirilib.

 

Bundan başqa, media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib, İnformasiya Kommunikasiya Texnologiyaları və İnnovasiya Texnologiyaları Transfer mərkəzlərində imtahan cavablarının yoxlanılması prosesi ilə tanış olublar.

 

Mediatur çərçivəsində ADNSU-nun rektoru Mustafa Babanlı KİV nümayəndələrinə imtahanlara hazırlıq işinin təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.

 







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR