Rəsmi İran: Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyimizi bombalayıb

Rəsmi İran: Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyimizi bombalayıb
15:53 7 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Yəməndə hava əməliyyatlarını davam etdirən Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin İranın Yəmənin paytaxtı Sanadakı səfirliyini bombaladığı bildirilir.
AZƏRTAC İranın “İRİNN” telekanalına xəbər verir ki, təyyarələrdən atılan raketlərin səfirlik binasına tuş gəldiyi qeyd edilir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Jaber Ansari deyib: “Səudiyyə Ərəbistanı səfirliyin binasına dəyən ziyana və binadakılardan hər hansı birinin yaralanmasına görə məsuliyyət daşıyır”.
İran həmçinin, Səudiyyə Ərəbistanından idxal edilən bütün malların qadağan edildiyini açıqlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR