Yazıçının 4 kitabının təqdimatı keçirilib

Yazıçının 4 kitabının təqdimatı keçirilib
15:58 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı 4 kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca İlqar Fəhminin 40 yaşı olmasına baxmayaraq çox böyük uğur qazanan qələm adamı kimi tanındığını bildirib, ona yaradıcılıq uğurları arzulayıb.
“Kitabevim.az”ın, “XAN” və “Hədəf” nəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açıb. Bildirib ki, o, müasir yazarlar arasında yaradıcılığının çoxsahəli olması ilə seçilir və bu səbəbdən də nəşriyyatın diqqətini cəlb edib. Yazıçı-publisist nəsr əsərlərindən başqa, qələmini nəzmdə də sınayıb, şeirlər, qəzəllər yazıb, əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Bu günədək səkkiz kitabı çap edilib.
Bildirilib ki, yazıçı və şair kimi əsərləri ədəbi ictimaiyyətin diqqətini çəkən İ.Fəhmi özünün "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ssenariləri ilə də rejissorların diqqətini çəkib. Bu ssenarilər əsasında ekran əsərləri çəkilib.
Əməkdar İncəsənət Xadimi Əli Əmirli, Əməkdar Jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, filologiya elmləri doktorları Vaqif Yusifli, Asif Rüstəmli, tənqidçi Əsəd Cahangir, Aydınxan Əbilov və başqaları onun yaradıcılığındakı rəngarəngliyi təfəkkürünün zənginliyi və həyata nikbin baxışı ilə, yaradıcı təxəyyülündən düzgün istifadə etməklə oxucuların rəğbətini qazandığını vurğulayıblar. Bildirilib ki, o, bir sıra mükafatlara layiq görülüb. Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən müəllif “XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab (“Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj”) çapa hazırlanır.
Sonda İlqar Fəhmi yeni şeirlərini oxuyub və imzası ilə kitablarını oxuculara təqdim edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23