“Sevil” operası təqdim ediləcək

“Sevil” operası təqdim ediləcək
16:28 7 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ Xalq Artisti, bəstəkar Fikrət Əmirovun “Sevil” operası təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış bu opera tamaşasında əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq Əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Səhnə əsərində, həmçinin Əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və digərləri iştirak edəcəklər.
Tamaşanı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sevil_operasi_teqdim_edilecek-916711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR