Azərbaycanda müğənni yatdı, ayılmadı

Azərbaycanda müğənni yatdı, ayılmadı
16:36 7 Yanvar 2016
359 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Durna Hüseynova Şirvanda vəfat edib. Bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Şirvanda fəaliyyət göstərən ifaçı yatıb ayılmayıb. Hadisə yerinə Şirvan şəhər polis şöbəsi və prokurorluğunun əməkdaşları gəliblər. Hüeynova Durna Həsən qızının nə səbəbdən öldüyü aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Mərhumun yaxınları Lent.az-a həmçinin bildiriblər ki, müğənninin oğlu Ceyhun Hüseynov neçə illərdir həbsxanadadır. İki ay sonra onun həbs müddəti bitəcəkmiş.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR