"06" ilə "07" toqquşdu - yaralılar var

"06" ilə "07" toqquşdu - yaralılar var
16:52 7 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az El TV-yə (Region TV) xəbər verir ki, Samux küçəsində qeydə alınan hadisə zamanı Mingəçevir sakini Ələmdar Ağamirzə oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Əkbər Abbasqulu oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" minik maşını toqquşub.

Zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil yararsız vəziyyətə düşüb. Minik maşınının sürücüsü isə bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. İlkin olaraq hadisəyə səbəb kimi "VAZ-2107"nin sürücüsünün idarəetməni itirməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR