ABŞ-da qeyri-adi hərrac: satışa lotereya bileti çıxarılır

ABŞ-da qeyri-adi hərrac: satışa lotereya bileti çıxarılır
17:03 7 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-də ABŞ-ın Miçiqan ştatında qeyri-adi auksion keçiriləcək. Hərracda ilk sahibi sağ ikən ayda 1000 dollar ödənişi olan lotereya bileti satışa çıxarılacaq.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, biletin ilk sahibi Donald Maqettin artıq 73 yaşı var. Donaldın bileti 1984-cü ildə “Cash for Life” (Yaşamaq üçün nağd pul) lotereyasında uduşa düşüb və həmin vaxtdan ona mütəmadi olaraq hər ay 1000 dollar pul ödənilib.
“Bu, qumar oyununa bənzəyir. Kim bilir? Lotereya biletinin əvvəlki sahibi gələn həftə də ölə bilər, 20-30 il sonra da”, - deyə “Repocast” hərracının təşkilatçısı Dueyn Minjerinka qeyd edib.
Lotun ilkin qiyməti 30 min dollar olacaq. Bu isə o deməkdir ki, biletin gələcək sahibinin gəlir əldə etməsi üçün D.Maqqet azı üç il yaşamalıdır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_qeyri_adi_herrac_satisa_lotereya_bileti_chixarilir-916725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR