"Azər Türk Bank" müştərilərin gözü ilə" adlı videolayihə

"Azər Türk Bank" müştərilərin gözü ilə" adlı videolayihə
17:03 7 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
"Azər Türk Bank" müştərilərin gözü ilə" adlı videolayihə həyata keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Azər Türk Bank" ilə uzun müddət əməkdaşlıq etmiş və yeni əməkdaşlığa başlamış müştərilərin iştirakı ilə reallaşdırılmış layihənin məqsədi müştərilərin bankın xidmət səviyyəsindən nə dərəcədə razı qaldıqlarını müəyyənləşdirmək olub. Layihə çərçivəsində bankın ayrı-ayrı müştəriləri ilə videomüsahibələr hazırlanıb. Bankın daimi müştəriləri niyə məhz "Azər Türk Bank"ı seçdiklərindən danışıb, yaddaqalan xatirələrini bölüşüb, bankın gələcək fəaliyyəti ilə bağlı arzu və təkliflərini bildiriblər.
Videomüsahibələr tezliklə "Azər Türk Bank"ın sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə izləyicilərə təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAzer_Turk_Bank_quot_musterilerin_gozu_ile_quot_adli_videolayihe-916724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR