Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib
17:13 7 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
FİFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda 296 xala malik yığmamız 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olmuşdu.
Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 4-də açıqlanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_millisi_FIFA_nin_reytinq_cedvelinde_bir_pille_irelileyib-916728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR