Azərbaycanda ötən il 501 çoxmərtəbəli binaya qaz verilib

17:17 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Birlik 2015-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 69 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 3 235 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 501 olub ki, həmin binalarda da 11 327 mənzil var.
"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - deyə Şirkətdən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanda-oten-il-501-coxmertebeli-binaya-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR