Azərbaycanlı müğənni yatdı, ayılmadı

Azərbaycanlı müğənni yatdı, ayılmadı
17:27 7 Yanvar 2016
409 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Durna Hüseynova Şirvanda vəfat edib.

Bu barədə lent.az-a mərhumun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Şirvanda fəaliyyət göstərən ifaçı yatıb ayılmayıb. Hadisə yerinə Şirvan şəhər Polis Şöbəsi və prokurorluğunun əməkdaşları gəliblər.

Hüeynova Durna Həsən qızının nə səbəbdən öldüyü aparılan araşdırmalardan sonra məlum olacaq.
 
Mərhumun yaxınları, həmçinin bildiriblər ki, müğənninin oğlu Ceyhun Hüseynov neçə illərdir həbsxanadadır. İki ay sonra onun həbs müddəti bitəcəkmiş.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR