Parisdə polis bölməsinə əlində bıçaqla daxil olmağa çalışan şəxs vurularaq öldürülüb

Parisdə polis bölməsinə əlində bıçaqla daxil olmağa çalışan şəxs vurularaq öldürülüb
17:28 7 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Fransanın paytaxtı Parisin şimalındakı Goutte d'Or rayonunun polis bölməsinə əlində bıçaqla daxil olmağa çalışan bir nəfər polislər tərəfindən vurulub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, şahidlər polislərin şübhəli şəxsə dörd dəfə atəş açdığını bildiriblər. “Charlie Hebdo” hücumlarının ildönümü ərəfəsində polis bölməsinə zorla girməyə çalışan şəxsin üzərində partlayıcı maddə daşıdığı iddia edilir.
Fransa daxili işlər naziri Bernard Cazeneuve və Paris prokuroru Fransua Molinsin hadisə yerinə getməsi gözlənilir. Goutte d'Or istiqamətində bütün yollar polislər tərəfindən bağlanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parisde_polis_bolmesine_elinde_bichaqla_daxil_olmaga_chalisan_sexs_vurularaq_oldurulub-916737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR