"Növbəti devalvasiya ilə bağlı yayılmış xəbərlərin heç bir əsası yoxdur"

"Növbəti devalvasiya ilə bağlı yayılmış xəbərlərin heç bir əsası yoxdur"
17:36 7 Yanvar 2016
111 Şou
Ölkə mətbuatı
A- A+

Bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır.
 
Axşam.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
 
AMB-dən bildirilib ki, qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək:
 
"Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.
 
Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR