Bərdədə 2 avtomobil, Ağdamda talvar yandı

Bərdədə 2 avtomobil, Ağdamda talvar yandı
17:44 7 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda vətəndaşlara məxsus iki ədəd istismara yararsız "Mercedes" markalı minik avtomobilərinin yanar hissələri yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Ağdam rayonunda vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış ümumi çəkisi 40 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR