​Neftçalada özünü yandıran məktəb direktorunun müavini ölüb

17:57 7 Yanvar 2016
115 Sosial
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, Neftçala şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan, şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, 63 yaşlı Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vuraraq yandırıb. Bundan xəbər tutan məktəbin pedaqoji kollektivinin səyi nəticəsində alov söndürülüb və hadisə yerinə gələn təcili yardım maşını ilə xəstə Neftçala RMX-ya çatdırılıb. A.Novruzov 4 dərəcəli termiki total yanığı alıb. Dörd qız atası olan Alik Novruzovun banklardan birinə külli miqdarda borcu olduğu üçün özünü yandırdığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/neftcalada-ozunu-yandiran-mekteb-direktorunun-muavini-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR