Taleh Bağırovun vəkili təxirə salınan məhkəmənin vaxtını açıqladı

Taleh Bağırovun vəkili təxirə salınan məhkəmənin vaxtını açıqladı
18:08 7 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə məhkəmə prosesi yanvarın 14-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə T.Bağırovla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görüşdən sonra vəkili Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, yanvarın 6-da təxirə salınan məhkəmə prosesinə yanvarın 14-də saat 15:00-a təyin edilib.

Məhkəmə prosesi hakim Babək Pənahovun sədrliyi ilə keçəcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR