Qəhvə dözümlülüyü əhəmiyyətli dərəcədə artırır

Qəhvə dözümlülüyü əhəmiyyətli dərəcədə artırır
18:08 7 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Kofein dözümlülüyü artırmaqla idman məşqlərinin səmərəsini yüksəltməyə kömək edir.
AZƏRTAC eurolab.ua. saytına istinadla xəbər verir ki, ABŞ-ın Corciya Universitetinin alimləri 600-dən çox elmi məqaləni tədqiq etməklə bu nəticəyə gəliblər.
Tədqiqatçılar 600 məqalədən ixtiyari seçilmiş 9 məqalədə qəhvənin dözümlülüyü artırmaq üçün enerji mənbəyi kimi nəzərdən keçirildiyini aşkar ediblər.
Müvafiq tədqiqatın iştirakçıları qəhvə içdikdən sonra gərgin məşq ediblər. İdmançıların çoxunda qəhvədən sonra dözümlülük əhəmiyyətli dərəcədə artıb. Araşdırma göstərib ki, qəhvənin tərkibində olan kofein fiziki iş qabiliyyətini artırır. Lakin qəhvədəki kofeini qida əlavəsi kimi təmiz kofein ilə müqayisə etmək üçün əlavə tədqiqat aparmaq lazımdır.
Bir fincan qəhvədə kofeinin miqdarı 75-150 mq arasında dəyişə bilər. Bu, dənəciklərin qovrulmasından və dəmlənməsindən, habelə qəhvənin növündən asılıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR