Azərbaycan teleməkanında ilk - fransız dili öyrədiləcək

Azərbaycan teleməkanında ilk - fransız dili öyrədiləcək
18:21 7 Yanvar 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

CBC telekanalında ilk dəfə “Fransız dili dərsləri: Classe” tədris proqramı yayımlanacaq.
 
Axşam.az-ın məlumatına görə, bu telelayihə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR, Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi və Bakı Fransız Liseyinin dəstəyi ilə həyata keçirilir.

Telelayihənin məqsədi fransız dilini müstəqil surətdə öyrənmək istəyənlərə kömək etməkdir. Fransız dili dərsləri bu xarici dili öyrənməyə başlayanlar üçün nəzərdə tutulub. Tədris metodikasının əsas prinsipləri geniş istifadə edilən leksika, qrammatika qaydaları və dilin təsviri-hissiyat səviyyəsində qavranılması üzərində qurulub.
 
Telelayihədə Bakı Fransız liseyinin müəllim və şagirdləri iştirak edirlər. Bu layihə CBC telekanalının Bakı Fransız Liseyi ilə həyata keçirdiyi ilk birgə layihədir.

Hər bir dil – dünyaya bir pəncərədir. Xarici dili öyrənərkən hər bir kəs özü üçün yeni perspektivlər və imkanlar aşkar edə bilər.
 
“Classe” tədris proqramının ilk buraxılışını yanvarın 9-da Bakı vaxtı ilə saat 20:20-də CBC telekanalında izləyə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR