Bakıda “Naxışı-nı seç” adlı moda nümayişi keçiriləcək

Bakıda “Naxışı-nı seç” adlı moda nümayişi keçiriləcək
18:23 7 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, A.Həsənova, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Milli Incəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Naxışı-nı seç” devizi altında baş tutacaq dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək.
“Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır. Geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedə bildirdilər ki, parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı diqqətdə saxlaya biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Naxisi_ni_sech_adli_moda_numayisi_kechirilecek-916753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR