Tamaz Meçiauri: Gürcüstan ilə Azərbaycan arasında nümunəvi dostluq münasibətləri var

Tamaz Meçiauri: Gürcüstan ilə Azərbaycan arasında nümunəvi dostluq münasibətləri var
18:23 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 7 yanvar, AZƏRTAC
Gürcüstan ilə Azərbaycan arasında əlaqələr inkişaf edir. Strateji tərəfdaşlar olan ölkələrimizin dostluq münasibətləri başqa dövlətlər üçün nümunədir.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin sədri Tamaz Meçiauri söyləyib.
Komitə sədri deyib ki, Gürcüstan ilə Azərbaycanın oxşar cəhətləri çoxdur. Hər iki ölkədə tolerantlığın səviyyəsi yüksəkdir. Biz əlaqələrimizin daha da möhkəmləndirilməsinə çalışmalı, iqtisadi sahədəki imkanlarımızdan səmərəli istifadə etməliyik. Hər iki ölkənin parlamentlərinin deputatları bu istiqamətdə daha fəal çalışmalıdırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tamaz_Mechiauri_Gurcustan_ile_Azerbaycan_arasinda_numunevi_dostluq_munasibetleri_var-916755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR