Erməni terrorçunun cəsədinin qalıqları Fransaya göndərildi

Erməni terrorçunun cəsədinin qalıqları Fransaya göndərildi
18:27 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

1983-cü ildə Türkiyədə edam edilmiş ASALA terror təşkilatının üzvü Levon Ekmekcyanın cəsədinin qalıqları təyyarə ilə Fransaya göndərilib.

APA-nın "panarmenian.net" saytına istinadən verdiyi xəbərə görə, bu, Ekmekcyanın ailəsinin arzusu ilə reallaşıb.
 
"Hürriyet"in xəbərinə görə, L.Ekmekcyanın ailəsi vəkil Eren Keskin vasitəsilə Türkiyə hökumətinə müraciət edərək, onu xristian adətləri ilə dəfn etmək istədiyini bildirib. Türkiyənin müvafiq dövlət qurumları müraciətə ötən ilin dekabrında müsbət cavab verib. Sonra terrorçunun cəsədinin qalıqları eksqumasiya olunub və Fransaya göndərilib.
 
Qeyd edək ki, L. Ekmekcyan 7 avqust 1982-ci il tarixində Ankara aeroportunda "Karin" əməliyyatı keçirən "Xrimyan Ayrik" qrupunun tərkibində olub. Əməliyyat zamanı yaralı vəziyyətdə ələ keçirilən L. Ekmekcyan həmin 1983-cü ilin yanvar ayında güllələnib və Ankarada dəfn edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR