Türklər “AZAL-Arena”nı yeniləyir - FOTOLAR

Türklər “AZAL-Arena”nı yeniləyir -   FOTOLAR
18:27 7 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Dövrələrarası fasilədən istifadə edən AZAL rəhbərliyi stadionun ot örtüyünün yenilənməsi üçün işlərə start verib. Fanat.az xəbər verir ki, ötən ilin dekabrın 25-də işlərə başlayan türkiyəli mütəxəssislər tərtib olunan iş qrafikinə uygun olaraq bayram günlərində də çalışmalarını davam etdiriblər. 


Artıq “AZAL-Arena”nın süni ötrüklü meydançasında işlərin birinci mərhələsinə yekun vurulub. Bu müddət ərzində meydançadan keyfiyyətdən düşmüş 25 tona yaxın rezin dənəciklər çıxarılıb. 


Türkiyənin “Nurteks” şirkətinin əməkdaşı Hasan Saylının rəhbərlik etdiyi işçi qrupu sabahdan etibarən yeni rezin dənəciklərin səpilməsi ilə məşgul olacaq. Yanvarın 8-də isə AZAL-ın əsas heyəti yeni meydançada ilk məşqini keçirə biləcək. 


Fanat.az






Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turklr-azal-arenan-yenilyir-t46623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR