Azərbaycan şahmatçısı Avstraliyanın açıq çempionatında liderlik edir

Azərbaycan şahmatçısı Avstraliyanın açıq çempionatında liderlik edir
18:33 7 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Avstraliyanın Melburn şəhərində bu ölkənin açıq şahmat çempionatı davam edir. Çempionatda 34 nəfər, o cümlədən Azərbaycan şahmatçısı, beynəlxalq usta Kənan İzzət iştirak edir.
AZƏRTAC xəbər verir ki, altı turdan sonra Azərbaycan təmsilçisi yüz faiz nəticə ilə turnirin yeganə liderdir. Karl Zelesko (Avstraliya) liderdən yarım xal, Bobbi Çen (Avstraliya) və Rusiya qrossmeysteri Vasili Papin 1,5 xal geri qalırlar. Azərbaycan şahmatçısı yeddinci turda Karl Zelesko ilə görüşəcək.
Yarış İsveçrə sistemi üzrə 11 turda keçirilir.
Xatırladaq ki, açıq Avstraliya çempionatı Melburn Şahmat Klubunun 150 illiyinə həsr olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchisi_Avstraliyanin_achiq_chempionatinda_liderlik_edir-916759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR