"Samsung Pay" Avstraliya, Braziliya və Sinqapur bazarlarına çıxır

"Samsung Pay" Avstraliya, Braziliya və Sinqapur bazarlarına çıxır
18:33 7 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Samsung” şirkəti Avstraliya, Braziliya və Sinqapurda öz mobil ödəmə xidməti olan "Samsung Pay"ı istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Tim Bakster Las-Veqasda konfransda çıxışı zamanı bildirib. Bu ölkələrin pərakəndə satış mağazalarında son model smartfonlarla ödənişləri həyata keçirmək mümkün olacaq.
Xidmət ötən ilin avqustunda Koreyada, sentyabr ayında isə ABŞ-da işə salınıb. Bu ilin əvvəlində "Samsung Pay" xidmətinin Çində işə salınması bildirilmişdi.
"Şadam ki, Avstraliya, Sinqapur və Braziliyanı "Samsung Pay" istifadə edən dövlətlərin siyahısına əlavə etdik. Əvvəllər bu xidmətin Böyük Britaniya, İspaniya və Çin bazarlarına çıxması barədə də məlumat vermişdik", - deyə Tim Bakster deyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotSamsung_Pay_quot_Avstraliya_Braziliya_ve_Sinqapur_bazarlarina_chixir-916758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR