"Niva" və UAZ-lardan ibarət "toy karvanı" - fotolar

"Niva" və UAZ-lardan ibarət "toy karvanı" - fotolar
18:41 7 Yanvar 2016
51 Şou
Ölkə mətbuatı
A- A+

Tovuzun dağ kəndlərinə yağan güclü qar bir neçə gün rayon mərkəzi ilə əlaqəni kəsib.

Axşam.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, rayonun ucqar yaşayış məskəni olan Kirəndə yaşayan Elxan Mansurov qeyri-sabit hava şəraitinə baxmayaraq, toyunun vaxtını dəyişməyib.

Onun qonşu dağ kəndi olan Molla Ayrımdan sevib-seçdiyi xanımla toyu elə qarlı-şaxtalı gündə gerçəkləşib.

"Niva" və "UAZ" markalı maşınlardan ibarət “toy karvanı”nın hərəkəti çətinliklə də olsa mümkün olub. Maraqlı toy məclisi Tovuzda yerləşən şadlıq evlərindən birində baş tutub.
 
Qeyd edək ki, Tovuzun ucqar kəndlərindən olan Kirənə yeni ilin ilk həftəsində 1 metrə yaxın qar yağıb.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR