Sinqapurda möhtəşəm park salınır

Sinqapurda möhtəşəm park salınır
18:43 7 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC 
Sinqapurda salınan uzun park şəhərin bir çox yerini əhatə edəcək.
AZƏRTAC www.cntraveler.com saytına istinadla xəbər verir ki, park vaxtilə Malay yarımadasından Sinqapur limanına gedən köhnə dəmir yolu xətti üzərində salınır. Təqribən 24 kilometr uzunluğu olan parkda istirahət üçün hər bir şərait yaradılacaq. Yolun tunel hissələri işıqlarla bəzədiləcək, düzən ərazilərində ekzotik ağaclar əkiləcək, meyvə-tərəvəz bağları salınacaq, idman meydançaları, uşaqlar üçün əyləncə yerləri, kafelər tikiləcək.
Parkın salınması ilə bağlı 2015-ci ilin martında keçirilən tenderdə Yaponiyanın “Nikken Sekkei” şirkəti qalib gəlib. Layihənin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR