ABŞ Türkiyəyə çağırış etdi (FOTO)

ABŞ Türkiyəyə çağırış etdi (FOTO)
19:26 7 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama və İraqın baş naziri Heydər əl- Abadi arasında telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, telefon söhbəti zamanı Türkiyə hərbi qüvvələrinin İraqda mövcudluğu müzakirə olunub.

Telefon müzakirəsində nazir Türkiyə Silahlı Qüvvələrinin İraqda yerləşməsinə rəsmi Bağdadın icazə vermədiyini bildirərək, bunu düşmənçilik və İraqın suverenliyinin pozulması adlandırıb. Obama da öz növbəsində İraqın ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olduğu söyləyib.


Heydər əl Abadi - İraqın Baş naziri

Telefon danışığından sonra “Ağ ev” rəsmi bəyanat yayaraq, Türkiyəni öz qoşunlarını İraq ərazisindən çıxarmağa çağırıb.


Başika düşərgəsi

Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.

Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.

2015-ci ilin Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərinin sayı 138-ə çatdırılıb.


Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR