Şagirdlərin oxu bacarıqlarının inkişafı layihəsi uğurla reallaşdırılır

Şagirdlərin oxu bacarıqlarının inkişafı layihəsi uğurla reallaşdırılır
19:28 7 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilində başlanan “Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla üç istiqamətdə reallaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin icrasının məqsədi ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişafı, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilmələridir.
Layihə çərçivəsində IV sinifdə dərs deyən ibtidai sinif müəllimləri üçün “Oxu strategiyaları” mövzusunda seminarlar təşkil edilib.
Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin səkkiz yüzədək sinfində təhsil alan 18 min 615 nəfər IV sinif şagirdi layihənin hədəf qrupuna daxildir.
2015-ci ildə ayda iki dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zənginləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonunadək həyata keçirilməsi nəzərdə tutulur.
Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. Dördüncü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabrında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sagirdlerin_oxu_bacariqlarinin_inkisafi_layihesi_ugurla_reallasdirilir-916779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR