Atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək

Atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək
19:33 7 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 8-də Nərimanov rayonundakı Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən keçiriləcək çempionatda müxtəlif klubları təmsil edən kişi və qadın idmançılar mübarizə aparacaqlar. Yarış müxtəlif məsafələrə qaçış, hündürlüyə, uzunluğa və üçtəkanla tullanma, yadro itələmə və digər növlər üzrə təşkil ediləcək.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atletika_uzre_Baki_seher_chempionati_kechirilecek-916780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR