Şengen zonası ləğv oluna bilər

Şengen zonası ləğv oluna bilər
19:47 7 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Avropaya gələn qanunu miqrantların və qaçqınların probleminin həll olunmayacağı təqdirdə Şengen zonasının mövcudluğunun sual altında qalacağını deyib.

Milli.Az-ın məlumatına görə, modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət rəhbəri Avropa Birliyi daxilnidə vizasız rejimin gəlcəyinin miqrant problemi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb:

"Şengen zonası layihəsi çox önəmlidir. Amma qanunu miqrasiyanı leqal miqrasiyaya çevirməsək, Şengen indiki halında qala bilməyəcək".

Statistik məlumatlara görə, təkcə 2015-ci ildə Almaniya 1 milyona yaxın mühaciri ölkəsinə qəbul edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR