Ağdaşda tələbə qohumunu güllələdi

Ağdaşda tələbə qohumunu güllələdi
20:14 7 Yanvar 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda 22 yaşlı gənc qohumu tərəfindən güllələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Hacılı kəndində qeydə alınıb. Kənd sakini, Mingəçevir Turizm Kollecinin birinci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Həsənov Emin Zəkəriyyə oğlu yaşadığı evin həyətində atasına məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq atasının əmisi nəvəsi olan 1993-cü il təvəllüdlü Həsənov Pünhan Sadiq oğlunu güllələyib.

 

Qarın nahiyəsindən ağır xəsarət alan Pünhan Həsənov çoxlu qan itirərək ölümcül vəziyyətə düşüb. Yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR