Ağstafada qəza: ölən var

Ağstafada qəza: ölən var
20:24 7 Yanvar 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada avtomobil divara çırpılıb, ölən var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi “NazLifan” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarında olan divara çırpılıb.

 

Qəza zamanı sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR