Şəki teatrı builki mövsümdə dörd yeni tamaşa hazırlayacaq

Şəki teatrı builki mövsümdə dörd yeni tamaşa hazırlayacaq
20:43 7 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən repertuar planına əsasən, 2016-cı ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-a teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.
Rejissorun bildirdiyinə görə, repertuar planda nəzərdə tutulan ilk tamaşanın – Hüseyn Cavidin “Şeyda” dramının səhnələşdirilməsinə yanvarın ikinci yarısında başlanılacaq. Bundan əlavə, mövsüm ərzində Akif Kəngərlinin “Bəla” və türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərləri səhnələşdiriləcək, həmçinin “Kəlilə və Dimnə” kitabındakı hekayələr əsasında yeni uşaq tamaşası hazırlanacaq.
Teatrda, eyni zamanda, bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan İkinci Şəki Beynəlxalq teatr festivalına hazırlıq işləri də görüləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seki_teatri_builki_movsumde_dord_yeni_tamasa_hazirlayacaq-916799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR