Ağstafada maşın divara çırpılıb, sürücü ölüb

Ağstafada maşın divara çırpılıb, sürücü ölüb
20:53 7 Yanvar 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ağstafada yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Oruc Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı divara çırpılıb. Sürücü hadisə yerindəcə keçinib.

Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR