Torpaq sürüşməsi baş verib - VİDEO

Torpaq sürüşməsi baş verib - VİDEO
21:05 7 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər aramsız yağıntılar Cəlilabadda fəsadlar törədib. Cəlilabad-Sadatlı yolunda torpaq sürüşməsi baş verib və yolun bir hissəsi çöküb.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, torpaq sürüşüb, yol çökərək yararsız vəziyyətə düşüb. İntensiv yağıntılar Cəlilabad-Sadatlı yolunda sürüşməni aktivləşdirib. Nəticədə yolun Sadatlı kəndindən keçən 30 metrlik hissəsi çöküb.

Yolun bir neçə hissəsində sürüşmə müşahidə olunsa da, ən təhlükəli vəziyyət bu ərazidədir. Belə ki, son yağıntılardan sonra yolun bu hissəsi təxminən, 2 metrə yaxın çöküb. Sakinlərin sözlərinə görə,dağlardan gələn qar sularının çatlara dolması sürüşməni daha da artırır.

Avtomobillərin hərəkəti üçün kənardan torpaq yol açılıb. Lakin yağıntılı günlərdə maşınların buradan keçməsində çətinliklər yaranır. Torpaq sürüşməsinin günbəgün daha da aktivləşməsi ətrafdakı bir neçə evi və təssrəfatları da təhlükə qarşısında qoyur. Hadisə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib. Qabaqlayıcı tədbirlərin görülməsi üçün sürüşmə zonasının aktivliyi yoxlanılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR