Ümumtəhsil müəssisələrini bu il bitirəcək şagirdlərin nəzərinə!

Ümumtəhsil müəssisələrini bu il bitirəcək şagirdlərin nəzərinə!
21:08 7 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müvafiq qərarı ilə təsdiqlənmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişiklik edilib. Belə ki, 2.5-ci bənddə fənlər üzrə düzgün cavabların sayı xarici dil/kimya sütununda “0-5” rəqəmləri “0-6” rəqəmləri ilə, “6-15” rəqəmləri “7-16” rəqəmləri ilə,“16-24” rəqəmləri “17-24” rəqəmləri ilə əvəz edilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu barədə məlumatla Komissiyanın internet saytında tanış olmaq mümkündür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR