Çin birjaları dayandı - FOTO

Çin birjaları dayandı - FOTO
21:27 7 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Çin səhmləri həftə ərzində ikinci dəfə 7 faizdən çox tənəzzülə uğrayandan sonra gün ərzində ticarəti dayandırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, bazardakı hərracın ilk 30 dəqiqəsindən baş alan qeyri-sabitliyi tənzimləmək üçün "dairəvi açar" qaydası tətbiq olunub.

Mərkəzi bankın yuanın zəiflənməsinə keçidindən sonra investorlar da narahat olmağa başlayıblar.
Bu göstərir ki, Pekin Çin iqtisadiyyatının gözlənildiyindən daha çox zəifləməsindən ehtiyat edərək ölkədə ixracı daha da artıracağına ümid edir.

Çinin "dairəvi açarı" nədir?

Bu tədbir yayda, dramatik bazar itkilərindən sonra dekabr ayında elan olundu- ilk dəfə bazar ertəsi günü və sonra yenidən cümə axşamı istifadə olundu.
Onlar avtomatik olaraq fond bazarlarında ticarəti dayandırır və ya qiymətləri kəskin artırırlar - əgər CSI 300 Indeksi öncəki bazar qiymətlərindən 5 faiz aşağı düşərsə 15 dəqiqəlik fasilə yaranır, amma 7 faiz və ondan yüksək olarsa ticarət bütün gün ərzində dayana bilər.

Ehtimallar alqı-satqıdakı çaxnaşmanı məhdudlaşdırmağı təklif edir - Çin bazarında kiçik investrolar daha çox üstünlük təşkil edir- lakin tənqidçilər deyirlər ki, onlar yalnız növbəti gün üçün satışa təzyiq göstərirlər.
Hərracların dayandırılmasına səbəb olan CSI 300 indeksi 7,2 faiz azalıb. Şanxay və Şenjen mavi çip ehtiyatları toplusundan ibarət olan indeksin 5 faiz enməsi hərracların ilk 15 dəqiqə ərzində dayanmasına səbəb olub.
Hərracların dayanmasından sonra Çin Qiymətli Kağızlar Tənzimləyici Komissiyası elan edib ki, əsas səhmdarlar yanvarın 9-dan etibarən üç ay ərzində şirkətin səhmlərinin 1 faizdən çoxunu sata bilməzlər.
Bu, iri səhmdarların fond satışı bazarına tətbiq etdiyi əvvəlki altı aylıq qadağadan irəli gəlir. O qadağanın müddəti isə cümə günü başa çatacaq.

Ucuzlaşan yuan

Pekinin yuanı ucuzlaşdırması dünyanın ikinci ən böyük iqtisadiyyatının gözlənildiyindən daha çox zəifləməsi və regiona növbəti məzənnə devalvasiya dalğasını gətirəcəyi ehtimalı qorxusunu yaradıb.
Bernard Aw, İG ticarət firmasının market strategiyası üzrə mütəxəssisi deyir ki, bazarda ruh düşkünlüyünün yaranmasına səbəb Çin yuanının daha da zəifləyə bilməsi haqqında fikirlərin dolaşması və bunun digər ölkələr üçün artıq problem yaratmasıdır.
Çinin Mərkəzi Bankı səkkiz gün üçün yuanın məzənnəsini 2011-ci ilin mart ayından da aşağı səviyyədə müəyyən edib.
Hong Kongun Hang Seng indeksi də bazar ertəsi ticarətdə 2,9 faiz ucuzlaşıb.

Neft təchizatı sahəsində narahatlıq

Bu arada, Brent markalı neftin qiymətindəki ucuzlaşma da investorların inamını azaldıb.
ABŞ-ın benzin ehtiyatlarını artırması haqqında "sürprizindən" sonra neftin qiyməti aşağı enməsi fonunda Woodside Petroleumun səhmləri də 3 faizdən çox ucuzlaşıb.
Çərşənbə günü Şimali Koreyanın nüvə sınaqlarını həyata keçirməsindən sonra regiondakı siyasi gərginlik Cənubi Koreyaya Məxsus Kospi indeksinin də dəyərini 1 faizədək aşağı salıb.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/390151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR